<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Rəbbin mələyi Göydən endi,
 Çobanları nura bələdi,
 Onlara belə söylədi:

[C1]
   «Mən sizə bütün xalqı sevindirəcək
   Bir müjdə gətirmişəm, gətirmişəm.
   Çünki bu gün Davudun şəhərində
   Sizə Xilaskar doğuldu -
   O, Rəbb Məsihdir».

[V2]
 Və mələk ilə bərabər
 Böyük Göy Ordusu göründü.
 Onlar Allaha həmdlə deyirdilər:

[C2]
   «Ən ucalarda olan Allaha izzət,
   Və yer üzündəki insanlara
   Sülh, razılıq olsun».</lyrics>
<title>Rəbbin mələyi Göydən endi İL140</title>
<hymn_number>140</hymn_number>
</song>